Azərbaycanda maqnit qasırğası gözlənilir


Digərləri 05 Avq 2019 10:10:00 202 0

Azərbaycanda maqnit qasırğası gözlənilir

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu barədə məlumat yayıb . 

Rəsədxananın İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a daxil olan məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədədir:

"Günəş diski ləkəsizdir. Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 335 km/san olub. Avqustun 5-7-də Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. Küləyin sürəti 575 - 600 km/san-yə qədər artacaq.

Bu gün və sabah Kp=5 səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Avqustun 7-də geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək.