Bir çox ölkədən olan "Facebook" və "Instagram" istifadəçiləri


Digərləri 05 Avq 2019 09:55:00 236 0

Bir çox ölkədən olan "Facebook" və "Instagram" istifadəçiləri

Bir neçə ölkədən olan "Facebook" və "Instagram" istifadəçiləri xidmətlərin fəaliyyətində problemlə qarşılaşıblar.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə populyar internet resurslardakı çatışmazlıqları araşdıran "Downdetector" saytında bildirilib.

Qeyd olunur ki, bu sosial şəbəkələrdəki problemlər Rusiya, Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya, Polşa, İtaliya, Braziliya, ABŞ və digər ölkələrdə hiss olunub.

Şikayətlər daha çox "Instagram" lentinin yüklənməsi (63%) və "Facebook"da qrafik şəkilllərin görünməsi ilə əlaqəli olub. Eyni zamanda istifadəçilər şəxsi hesablarına daxil olarkən və sosial şəbəkə paylaşımlarına rəy bildirərkən çətinliklə üzləşiblər.