“İlahiyyatçı” qəzetinin iyul buraxılışı çapdan çıxıb


Digərləri 05 Avq 2019 09:59:06 179 0

“İlahiyyatçı” qəzetinin iyul buraxılışı çapdan çıxıb

Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyatçı” qəzetinin iyul sayı çapdan çıxıb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyatçı” qəzetinin iyul sayı çapdan çıxıb. Mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına Müraciəti, Azərbaycan Respublikasının Birinci vitre-prezidenti Mehriban xanım Əliyevanın “Ümummilli lider Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib” başlıqlı yazısı dərc olunub. Nəşrin ikinci və üçüncü səhifələrində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun “Əsrə bərabər 50 il”, həmçinin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifovanın “Əbədiyaşar lider” başlıqlı məqalələri çap olunub. Qəzetin 4, 5, 6 və 7-ci səhifələrində “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu haqqında yazılar yer alıb. “İlahiyyatçı”nın iyul buraxılışında, həmçinin “Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü”; “Azərbaycan İlahiyyat İnstitutu Elmi Şurasının qərarı ilə “Heydər Əliyevin kəlamları” adlı kitab nəşr olunub”; “Milli Mətbuat Günü münasibətilə media nümayəndələri mükafatlandırılıb”; “İş həyatında sosial məsuliyyət və etik davranış qaydaları”; “Din araşdırmaları” jurnalının iyun sayı nəşr olunub”; “Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb”; “Müasir alman cəmiyyətində İslama münasibət”; “Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda”; “Tələbələrimiz Bursada “Yay məktəbi”ndədirlər”; “İlk magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib”; “İlahiyyat İnstitutunun müəllimləri Beynəlxalq Simpoziumda iştirak ediblər”; “Aİİ-də YAP-ın ərazi ilk partiya təşkilatının növbəti iclası”; “Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət”; “Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub” başlıqlı məqalələrdə Azərbaycan İlahiyyat İnstitutu haqqında yazılar və xəbərlər dərc edilib.