Çin dağlarında güclü yağışlar:


Dünya 05 Avq 2019 09:08:00 216 0

Çin dağlarında güclü yağışlar:

Çinin Hubey mərkəzi vilayətində güclü yağışın səbəb olduğu dağ çaylarının daşması nəticəsində 9 nəfər həlak olub, daha dörd nəfər isə itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, hadisə avqustun 4-də yerli vaxtla saat 23:00-da baş verib. Həmin vaxtda güclü yağıntılar nəticəsində onlarla insan dağlıq dərəsinə düşüblər.

Hadisə yerinə 14 avtomobil və qəza-xilasetmə xidmətinin 60-dan çox əməkdaşı cəlb edilib. Axtarış işləri davam edir.