Abşeronda mağaza yanıb


Digərləri 05 Avq 2019 08:12:00 220 0

Abşeronda mağaza yanıb

Abşeron rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 18 m² olan mağazanın içərisində taxta rəflər və taralar 4 m² sahədə, divarında quraşdırılan elektrik sayğacı yanıb. Yüksək temperaturdan mağazanın lambirindən ibarət tavanı 4 m² sahədə əriyib.

Mağazanın qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.