İsveçrə dağlarında dörd gündə üç nəfər ölüb


Dünya 05 Avq 2019 08:19:00 226 0

İsveçrə dağlarında dörd gündə üç nəfər ölüb

İsveçrədə Dan Blanş zirvəsinə qalxarkən iki almaniyalı alpinist ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, Dan Blanş zirvəsi 4357 metr yüksəklikdə yerləşir.

Məlumata əsasən, hadisə iyulun 3-də saat 8:30-da baş verib. Bildirilir ki, alpinistlər zirvəyə qalxan zaman yıxılıblar. Yıxılmanın şahidi digər alpinistlər olub və xilasetmə xidmətlərinə xəbərdarlıq ediblər.

Hazırda hadisənin səbəbləri araşdırılır və ölənlərin kimliyi müəyyənləşdirilir.