Əcnəbilər Azərbaycana daha çox təyyarə, azərbaycanlılar isə xaricə avtomobillə səfər edirlər


Digərləri 05 Avq 2019 07:55:00 194 0

Əcnəbilər Azərbaycana daha çox təyyarə, azərbaycanlılar isə xaricə avtomobillə səfər edirlər

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin çoxu ölkəmizə hava nəqliyyatı ilə gəlir, xaricə gedən Azərbaycan vətəndaşlarının əksəriyyəti isə səfərlərini avtomobillə edirlər.

Son.az Trend-ə istinadən bildirir ki, 2018-ci ildə ölkəmizə 2 milyon 849 min 600 nəfər səfər edib ki, onların çoxu - 1 milyon 183 min 800 nəfəri Azərbaycana gəlmək üçün hava nəqliyyatından istifadə edib. Ölkəmizə gələnlərin ən çox istifadə etdikləri ikinci nəqliyyat növü avtomobil olub.

Azərbaycana avtomobillə səhayət edənlərin sayı hava nəqliyyatından istifadə edənlərin sayından kiçik rəqəmlə fərqlənib.

Keçən il 1 milyon 130 min 800 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana avtomobillə səfər edib. Ümumilikdə son 6 ilin göstəricilərinə nəzər saldıqda xaricilərin ölkəmizə daha çox hava nəqliyyatı, daha sonra avtomobillə gəldiyi məlum olur. Siyahıda sonrakı yerləri isə dəmiryolu nəqliyyatı, su nəqliyyatı tutur.

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarına gəldikdə, son 6 ilin statistikasına görə, ölkəmizə gələn əcnəbilərdən fərqli olaraq, azərbaycanlılar səfərlərini daha çox avtomobillə edirlər. Xaricə səyahətlərini avtomobillə edən Azərbaycan vətəndaşlarının sayı hava nəqliyyatı ilə səyahət edənlərin sayından hiss ediləcək dərəcədə fərqlənir.

2013-cü ildə xaricə gedən 4 milyon 284 min 700 nəfər Azərbaycan vətəndaşının 2 milyon 518 min nəfəri avtomobillə, 861 min 200 nəfəri hava nəqliyyatı ilə səfər edib.