Cazibədar model gözəllik SİRLƏRİNİ AÇIQLADI FOTO


Digərləri 05 Avq 2019 07:00:00 236 0

Cazibədar model gözəllik SİRLƏRİNİ AÇIQLADI  FOTO

Hazırda dünyada ən çox tələb olunan modellərdən olan Emili Rataşkovski gözəllik sirlərini açıqlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktiv sosial media istifadəçisi olan Emili incə qalmağının sirlərini pərəstişkarları ilə bölüşüb.

Günə qara, sadə qəhvə ilə başlayan model səhər yeməyində zülallarla zəngin olan qidalara üstünlük verir. Şirnini çox sevdiyini gizlətməyən Emili bunu ancaq səhər 12- yə qədər qəbul etdiyini söyləyir.

O, adətən naharda yüngül qidalara üstünlük verir. Bu hər hansı bir tərəvəz salatı və ya buterbrod olduğunu bildirib.

Şam yeməyində az bişmiş yağsız ət və ya dəniz məhsullarına üstünlük verir. O, bildirib ki, əgər məsələn naharda çox qidalanibsa, mütləq növbəti qida zamanı az yeyir. Beləcə gündəlik qida tarazlığını qoruyub saxlayır.


Xəbərə aid fotolar