Ben Afflek trillerdə çəkiləcək


Digərləri 05 Avq 2019 07:07:00 220 0

Ben Afflek trillerdə çəkiləcək

Amerika aktyoru Ben Afflek "9 ½ həftə" və "Lolita" filmlərinin rejissoru Edrian Laynın "Dərin sular" trillerində çəkiləcək. Filmdə Afflekin tərəf-müqabili Amerika aktrisası Ana De Armas olacaq. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı "Deadline" yayıb.

Film Patrisiya Haysmitin eyniadlı romanının motivləri əsasında çəkiləcək.

Rejissor "Dərin sular" filminin çəkilişlərinə noyabrda başlamağı planlaşdırır. Hazırda o, aktyorlarla danışıqlar aparır.