“Like” xəstəliyi və itmiş mənəviyyat


Digərləri 04 Avq 2019 23:25:00 244 0

“Like” xəstəliyi və itmiş mənəviyyat

Bugünlərdə tanınmış həkim-pediatr Vaqif Qarayev feysbuk hesabında cəmiyyəti düşündürməli olan ciddi bir məsələyə toxunmuşdu. Həkim qeyd edirdi ki, toyda musiqiçi dünyasını dəyişib. Amma kənarda olan adamlar kömək etmək əvəzinə, onu videoya çəkiblər:

"Nə birincidi, nə də sonuncu.. Həmişə belə olub. Amma o adama ilkin tibbi yardım göstərmək olardı.Təlimlər var, maraqlanmaq pis olmazdı. Vaxtınız yoxdursa internet resurslarında ürəyin qapalı massajı və süni tənəffüs barədə kifayət qədər məlumat var. Düzdü, milli dildə info məhduddu. Rus dilini bəyənməyənlər üçün türk dilində nə istəsəniz tapmaq olar. Sadəcə maraqlanmaq lazımdı. Kimisə həyata qaytarmaq şərəfli işdi".

Doğrudan da, bu cür riyakarlığa, insan həyatına önəm verilməməsinə səbəb nədir?

Son.az gencaile.az-a istinadən bildirir ki, baş verənlərlə bağlı danışan psixoloq Azad İsazadə bildirir ki, sözügedən hadisə xoşagəlməz fakt olsa da acı həqiqətdir:

"Bu gün hamı çalışır ki, hər saniyə baş verən hadisələri çəkib sosial şəbəkələrdə paylaşsın. Bunun altında mənfi və müsbət amillər var. Peşəkar reportyor sözsüz ki, belə halda mütləq çəkiliş aparmalıdır. Çünki bu, onun peşəsidir. Ən məşhur reportajlar adətən ekstremal vəziyyətdə çəkilir. Məsələn, bir təyyarədə qəza olan zaman stüardessalar çalışırlar ki, nəsə etsinlər. Peşəkar operator isə sadəcə kamerasını çıxarıb hadisəni çəkirdi. Daha sonra bu görünütülərdən sənədli film hazırlandı və müəyyən mükafatlar alındı".