İran nüvə sazişi üzrə öhdəliklərini azaltmağa davam edə bilər


Digərləri 04 Avq 2019 23:05:00 239 0

İran nüvə sazişi üzrə öhdəliklərini azaltmağa davam edə bilər

İranın xarici işlər naziri Cavad Zərif avropalı partnyorların İranın Amerika sanksiyalarından müdafiəsi üçün addımlar atmadıqları təqdirdə, İran tərəfinin nüvə sazişi üzrə öz öhdəliklərini azaltmağa davam edəcəyini bildirib.

Son.az insider.az-a istinadən bildirir ki, İran Aİ-dan İranın öz neftini sata və buna görə gəlir əldə edə biləcəyinə dair zəmanət verməsini tələb edir.

"Əgər avropalılar heç bir tədbir götürməyəcəklərsə, biz öhdəliklərin azaldılmasında növbəti addımı atacağıq", - deyə İran XİN rəhbəri bildirir.

O, əlavə edib ki, hazırda avropalı partnyorların hərəkətləri "onların vədlərilə uyğun gəlmir".