Niyə Peyğəmbər və imamlar tövbə edir, günahlarının bağışlanmasını istəyirdilər?


Digərləri 04 Avq 2019 22:40:00 235 0

Niyə Peyğəmbər və imamlar tövbə edir, günahlarının bağışlanmasını istəyirdilər?

Niyə Peyğəmbər ve imamlar tovbə edir, günahlarının bağışlanmasını istəyirdilər? Axı onların günahı yox idi, onlar məsum idilər.

Peyğəmbərlər və imamlar həqiqətən məsum olmuşlar. Onların tövbəsi etdikləri günaha görə deyil, təvazökarlıqlarına görə idi. Əvvəla, onlar özlərini həmişə başqalarından aşağı və Allahın hüzurunda günahkar bilirdilər. Onlara elə gəlirdi ki, Allahın şükrünü heç vaxt layiqincə yerinə yetirə bilmirlər. İkincisi, onlar bununla möminlərə nümunə olurdular. Bizə öyrədirdilər ki, insan heş vaxt savablarına qürrələnib arxayın düşməməlidir. Nəhayət, üçüncüsü, məsumlar həmişə təkamül halında idilər. Onların hər günü iman və əxlaq baxımından əvvəlki gündən daha üstün bir halda keçirdi. Çünki İslamda buyurulur ki, iki günü eyni olan adam ziyandadır. Məsumlarımız təvazökarlıq üzündən dünənki hallarını bir əskiklik və günahkarlıq kimi qəbul edir, buna görə təvbə edib Allahdan bağışlanma diləyirdilər.