Yaltaqlıq xüsusiyyəti nədən qaynaqlanır? –


Digərləri 04 Avq 2019 22:25:00 215 0

Yaltaqlıq xüsusiyyəti nədən qaynaqlanır? –

Bu gün istər hansısa dövlət sektorunda, istərsə də özəl iş sahələrində, sosial şəbəkələrdə kimlərinsə kimlərəsə yaltaqlıq etdiyi müşahidə olunur. Yaltaqlıq adlanan xüsusiyyət kənardan xoşagəlməz mənzərə yaradır. Son vaxtlar bu əlamətin xüsusilə gənclər arasında vüsət alması isə lap üzücü haldır.

Özündən daha üstün hesab etdiyi və ya məqsədlərinə çatmaq üçün müəyyən şəxslərə yaltaqlanan şəxslər sosial şəbəkələrdə tez-tez qınaq obyekti olsalar da, onlar bu şakərdən əl çəkmirlər.

Son.az gencaile.az-a istinadən bildirir ki, yaltaqlığın ölkəmizdə qadağan olunması haqda hələ iki il bundan əvvəl Milli Məclisdə təklif belə irəli sürülüb. "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev Özbəkistanda yaltaqlığın qadağa olunduğunu əsas gətirərək, bu qanunun ölkəmizdə də tətbiq edilməsini təklif etmişdi. Təklif nəticəsiz qalsa da, cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Zamanla öz "aktuallığını" itirməyən yaltaqlıq xüsusiyyəti nədən qaynaqlanır? Mənəvi cəhətdən özünü alçaltmaq kimi qiymətləndirilən yaltaqlıq kişilərdə ya qadınlarda daha çox müşahidə olunur?

Bu barədə danışan psixoloq Gülər Məmmədova deyir ki, yaltaqlıq zaman keçdikcə, insanın xarakterindən qaynaqlanan bir əlamətdir. Bunu bir neçə aspektdən yanaşmaq olar. Məsələn, qarşı tərəfin sevgisini qazanmaq üçün,özündən rütbə cəhətdən yüksək olan insanı əzərək daha yuxarı  qalxmaq üçün və s. Yaltaqlıq ailədən də gələ bilər. Valideyn övladına tərbiyə verə bilər ki, özündən üstünlərə baş əy, xarakterindən aslı olmayaraq onunla razılaş. Belə olan halda insanın mənlik konsepsiyası itir, istədiyi səviyyəyə çatmaq üçün hər yola əl ata bilir. Bəiz insanlar istədiyinə nail ola bilmədikdə yaltaqlığa əl atır, bu yolla irəliləmək istəyir. Burada da şəxsin özünə inamının aşağı olması, hazırkı statusu, vəzifəni itirməmək məqsədilə keçirdiyi narahatlıq hissi əsas rol oynayır. Bu cür insanlar cəmiyyətdə də yaxşı qarşılanmır, qınaq obyektinə çevrilir. Lakin bəzi hallarda  cəmiyyət yaltaqlığı başqa xüsusiyyətlərlə qarışıq salır.  Məsələn, elə tip insanlar var ki, baş verən hadisələrə çox mülayim yanaşır, mühakimə yürütmürlər. Belə olan halda bəzi insanlar onları yaltaq kimi qiymətləndirirlər.

Psixoloq bildirir ki, əslində hər birimiz müəyyən məqsədlərə çatmaq üçün özümüz olmaqdan kənara çıxırıq:

"Bəzən istəklərimizə çatmaq üçün özümüz olmaqdan imtina etsək də, mənliyimizi alçatmamalı, ləyaqətimizə xələl gətirməməliyik.