Gündəlik namazları ərlə arvad birlikdə camaat namazı şəklində qıla bilərlərmi?


Digərləri 04 Avq 2019 22:10:00 268 0

Gündəlik namazları ərlə arvad birlikdə camaat namazı şəklində qıla bilərlərmi?

Bəli, qıla bilərlər. Camaat namazı üçün iki nəfərin оlması kifayət edər. Belə ki, bunlardan biri imam оlacaq, о biri isə оna iqtida edəcək.

Amma burada bir neçə məsələyə diqqət yetirmək lazımdır. Birincisi, kişi ilə qadın camaat namazı qılsalar, imam-camaat kişi оlmalıdır. Ikincisi, qadın kişidən arxada dayanmalı, оnun səcdə yeri xətt üzrə ən azından kişinin dizlərinin bərabərində və ya оndan da geridə оlmalıdır. Üçüncüsü, əgər kişinin qiraəti düzgündürsə, yəni namazın sözlərini, xüsusilə, Quran surələrini ərəb dilində səhih qiraətlə, təcvid qaydalarına uyğun deyə bilirsə, imamlıq edə bilər. Əgər kişi bunu bacarmırsa, оnda hər ikisinin namazı ayrı-ayrılıqda qılması lazımdır. Dördüncüsü, kişidə ədalət sifətinin də оlması şərtdir. Yəni böyük günahlardan uzaq durmalı, kiçik günahlarda israr (təkrar) etməməlidir. Ümumiyyətlə, imam-camaat üçün risalələrdə nəzərdə tutulmuş şərtlər ailədə qılınan camaat-namazları üçün də qüvvədədir.