Həccə gələnlərin sayı 1 milyona çatdı


Digərləri 04 Avq 2019 21:50:00 218 0

Həccə gələnlərin sayı 1 milyona çatdı

Səudiyyə rejimi hələ həcc vaxtının olmamasına baxmayaraq, həcc vacibatı üçün müqəddəs torpaqlara gələnlərin sayının 1 milyona çatdığını bildirib.

Son.az deyerler.org-a istinadən bildirir ki, Səudiyyə rejiminin informasiya agentliyindən verilən məlumatlara görə, müqəddəs torpaqlara həcc ziyarətini yerinə yetirmək üçün gələnlərin sayı olduqca çoxdur.

Xəbərdə, indiyə qədər həcc ibadətini yerinə yetirmək məqsədilə 926727 həcc zəvvarının gəldiyi vurğulanaraq, bu şəxslərdən 881230 nəfərin ölkəyə hava yolu vasitəsilə gəldiyi qeyd edilib.

Rəsmi rəqəmlərə görə, keçən ilin həcc mövsümündə 2 372675 nəfər həcc ibadətini yerinə yetirmişdi.