Özü üçün ölüm arzulamaq doğrudurmu?


Digərləri 04 Avq 2019 21:45:00 228 0

Özü üçün ölüm arzulamaq doğrudurmu?

Xeyr, bu naşükürlük əlamətidir. Allah hər kəsin əcəlini Öz məsləhət bildiyi vaxtda göndərər. Amma bəzən insanlar kiçik bir uğursuzluqdan naümid olub həyatdan küsürlər və ölməyi istəyirlər. Guya öləndən sonta bütün işlər düzələcək. Əksinə, insan Allahdan ömür istəməlidir ki, etdiyi günahları düzəltməyə, yerinə yetirmədiyi ibadətləri qəza etməyə, incitdiyi adamlardan halallıq almağa imkanı olsun. Bunları etmədən Allahın dərgahına yollanmağın nə faydası var ki? Həyat bizə ona görə verilib ki, axirət üçün özümüzə bacardıqca daha çox azuqə (yəni savab) toplayaq. Çünki axirətdə bu azuqəyə çox ehtiyacımız olacaq. Bizim müqəddəslərimizin başına olmazın müsibətlər gəlib, amma onlar həmişə Allaha şükr ediblər, həyata ümidi itirməyiblər, özlərinə ölüm istəməyiblər. Naşükürlük edən bəndə bundan daha pis müsibətlərə düçar ola bilər. Hər bir çətinlik zamanı Allaha təvəkkül etmək, Ondan yardım diləmək və həyatı layiqli şəkildə yaşamağa çalışmaq lazımdır.