Səcdə zamanı hansı bədən üzvləri yerə dəyməlidir?


Digərləri 04 Avq 2019 21:40:00 246 0

Səcdə zamanı hansı bədən üzvləri yerə dəyməlidir?

Səcdə zamanı hansı bədən üzvləri yerə dəyməlidir? Burnun və dirsəklərin də yerə dəyməsi lazımdırmı?

Səcdə zamanı bədənin yeddi üzvünün yerə dəyməsi vacibdir: alın, iki ovuclar, iki diz qapaqları və ayaqların baş barmaqları. Bunlardan əlavə, burnu da səcdə zamanı yerə dayamaq müstəhəb sayılır.

Dirsəklərin yerə dəyməsi isə qadınlar üçün müstəhəb sayılır. Ümumiyyətlə, səcdə zamanı qadınlar kişilərə nisbətən daha ədəbli vəziyyətdə dursalar yaxşıdır. Yəni kişilər adətən, ovuclarını yerə qoyur, qollarını və dirsəklərini yuxarı qaldırırlar, bədənlərini də açıq saxlayırlar, yəni bədən üzvləri daha sərbəst və aralı qalır. Amma qadınlar səcdə zamanı dirsəklərini yerə yapışdırsalar, qarınlarını yerə yaxın tutsalar, bədən üzvlərini də yığsalar, yəni ayaqlarını birləşdirib qarınlarına sıxsalar, qollarını bədənlərinə yaxın tutsalar, daha yaxşı olar.