Namazın üçüncü və dördüncü rükətlərində nə deyilməlidir?


Digərləri 04 Avq 2019 21:15:00 283 0

Namazın üçüncü və dördüncü rükətlərində nə deyilməlidir?

Namazın üçüncü və dördüncü rükətlərində nə deyilməlidir? Bir rükətdə Fatihə surəsini, o biri rükətdə təsbihati-ərbəəni oxumaq olarmı?

Namazın üçüncü və dördüncü rükətlərində ya təklikdə Fatihə surəsini (başqa surəsiz), ya da təsbihati-ərbəə deyilən bu zikri oxumaq lazımdır: Sübhanallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər (Allah hər nöqsandan uzaq və müqəddəsdir, Allaha həmd olsun, Allahdan başqa məbud yoxdur və Allah böyükdür). Təsbihati-ərbəəni bir yoxsa üç dəfə söyləmək barədə keçmiş müctəhidlər arasında fikir ayrılıqları olmuşdur. Müasir müctəhidlərin əksəriyyəti bir dəfə söyləməyi kafi bilirlər.

Eyni namazın üçüncü rükətində Fatihə surəsini, dördüncü rükətində isə təsbihati-ərbəəni oxumaq olar. Amma hər ikisində təsbihati-ərbəə oxumağın savabı daha çoxdur.