Filippində üç qayığın batması nəticəsində 26 nəfər ölüb


Digərləri 04 Avq 2019 20:21:31 188 0

Filippində üç qayığın batması nəticəsində 26 nəfər ölüb

Filippinin İloilo şəhəri yaxınlığında "Che-che", "Keziah" və "Jennyville" qayıqları batıb

Bakı. Filippinin İloilo şəhəri yaxınlığında "Che-che", "Keziah" və "Jennyville" qayıqları batıb. Trend-in "PNA" agentliyinə istinadən verdiyi məlumata görə, qayıqların batması nəticəsində azı 26 nəfər həlak olub, 55 nəfər isə xilas edilib. Bildirilir ki, 5 nəfər itkin düşmüş sayılır. Ümumilikdə 3 qayıqda 86 nəfər olub.