Kompas olmadığı halda qiblənin istiqamətini təyin etmək olarmı?


Digərləri 04 Avq 2019 20:10:00 188 0

Kompas olmadığı halda qiblənin istiqamətini təyin etmək olarmı?

Qibləni təyin etməyin bir neçə yolu var. Müsəlman şəhərlərində bunu təyin etmək daha asandır. Məsələn, məscidə gedib mehraba baxmaqla qibləni bilmək olar. Həmçinin, müsəlman qəbristanlığında da qiblənin istiqamətini təyin etmək mümkündür. Məlumdur ki, şəriətə görə ölülər sağ çiyni üstə üzü qibləyə sarı basdırılır. Bu yolla başdaşı sağ tərəfimizdə qalmaq şərti ilə düz qəbrin qarşısında dursaq, üzü qibləyə durmuş olarıq.

Günəş vasitəsilə də qibləni təyin etmək olar. Amma bunun üçün qiblənin cənubdan və ya şimaldan neçə dərəcə fərqli olduğunu bilməliyik. Məsələn, Bakı şəhərində qiblənin yönünü bilmək üçün günçıxanı sol çiynimizin, günbatanı isə sağ çiynimizin üzərində tutmaq şərti ilə dursaq, üzümüz cənuba tərəf olacaq. Bundan sonra 27 dərəcə sağa (yəni qərbə) tərəf dönürük. Dünyanın başqa şəhərlərində qiblənin dəqiq istiqamətini bilmək üçün onların cənub xəttindən nə qədər fərqləndiyini bilmək lazımdır. Bunun üçün xüsusi cədvəllər vardır ki, internet vasitəsilə onları əldə edə bilərsiniz.