Çikaqoda parkda atışma olub:


Dünya 04 Avq 2019 20:03:00 255 0

Çikaqoda parkda atışma olub:

ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) parkında atışma baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, ötən gün gecə saatlarında baş verən atışma nəticəsində 7 nəfər yaralanıb.

Hadisənin şahidləri bildirib ki, insanlara atəş parkın yaxınlığından keçən avtomobildən açılıb.

Məlumata əsasən, yaralananlardan birinin vəziyyəti ağırdır.

Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.