Nəhyəzmunkəri qəlbi, əli və dili ilə yerinə yetirməyən...


Digərləri 04 Avq 2019 19:55:00 184 0

Nəhyəzmunkəri qəlbi, əli və dili ilə yerinə yetirməyən...

Allah Təala Qurani-Kərimdə buyurur: "Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!".("Ali-İmran" 104).

Peyğəmbərimiz (s) hədislərin birində İslamı on hissəyə bölmüşdür ki, onun ikisini əmr-be-məruf və nəhy-əz-munkərə ayırmışdır. Həzrət (s) buyurur: "Əmr-be-məruf - vəfadarlıqdır. Nəhy-əz-münkər - hüccəti tamamlamaqdır".

Son.az deyerler.org-a istinadən bildirir ki, bəli, hər kim başqalarını yaxşı işlərə dəvət edər, Allaha vədarlığını bir daha nümayiş etdirər. İnsan necə rahat şəkildə günahı görüb, susa bilər ki? Bu cür insanı İslama və dinə vəfadar olan kimi qəbul etmək olarmı? İmam Baqir (ə) buyurur: "Həqiqətən də əmr-be-məruf və nəyh-əz-münkər - peyğəmbərlərin (ə) və salehlərin yoludur". (Tebyan)

Peyğəmbərimiz (s) nəhy-əz-münkəri ona görə hüccət adlandırır ki, günahkarlara yanlış iş gördüyünü yada salırsan. Bu xatırlatma sayəsində onların Allah dərgahında bəhanə gətirmək üçün artıq yerləri qalmaz. Bundan başqa, Allah bu yolla bizi də imtahana çəkir ki, görək biz də günaha razıyıq, yoxsa yox?

Əgər biz başqalarının etdiyi günaha sükut etsək və göz yumsaq, biz də onların etdiyi günaha şərik sayılarıq. Ona görədir ki, İmam Sadiq (ə) buyurur: "Əgər insan münkər görər və o halda ki, ona reaksiya verə bilər və onu inkar etməzsə, böyük Allaha qarşı itaətsizliyə sevgisini göstərmiş olar. Hər kim Allah Təalya itaətsizliyi sevər, Allahla düşmənçiliyini zahir etmiş olar".

İmam Əli (ə) buyurur: "O kəs ki, nəhy-əz-munkəri qəlbi, əli və dili ilə tərk edər, o, dirilər arasında olan ölüdür".