Finlandiya şirkəti Azərbaycanda yeni layihələr və texnologiyalar tətbiq etməyə başlayıb


Digərləri 04 Avq 2019 20:00:00 219 0

Finlandiya şirkəti Azərbaycanda yeni layihələr və texnologiyalar tətbiq etməyə başlayıb

Qaz, neft və digər xammal ilə işləyən elektrik stansiyaları üçün generatorlar və digər avadanlıq istehsal edən Finlandiyanın maşınqayırma sahəsində açıq şirkəti "Wärtsilä Oyj Abp" Azərbaycanda yeni layihələr və texnologiyalar tətbiq etməyə başlayıb

Bakı. Ləman Zeynalova - Qaz, neft və digər xammal ilə işləyən elektrik stansiyaları üçün generatorlar və digər avadanlıq istehsal edən Finlandiyanın maşınqayırma sahəsində açıq şirkəti "Wärtsilä Oyj Abp" Azərbaycanda yeni layihələr və texnologiyalar tətbiq etməyə başlayıb. Bu barədə Trend-ə şirkətdən məlumat veriblər. Şirkətdən bildiriblər: "Enerji sektorunda biz ehtiyat hissələri tədarük edirik və mövcud elektrik stansiyasları üçün xidmət göstəririk. Biz həmçinin sahə strukturlarının nümayəndələri ilə qlobal enerji keçidi, enerji sistemlərinin modernləşdirilməsi və onların Xəzərdə yerli enerji sistemlərinə təsirini müzakirə edirik".