Çikaqoda parkda atışma olub: 7 yaralı


Digərləri 04 Avq 2019 19:43:29 147 0

Çikaqoda parkda atışma olub: 7 yaralı

ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) parkında atışma baş verib

Bakı. ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) parkında atışma baş verib. Trend-in "CBS" telekanalına istinadən verdiyi məlumata görə, ötən gün gecə saatlarında baş verən atışma nəticəsində 7 nəfər yaralanıb. Hadisənin şahidləri bildirib ki, insanlara atəş parkın yaxınlığından keçən avtomobildən açılıb. Məlumata əsasən, yaralananlardan birinin vəziyyəti ağırdır.