Qadın ərini döyüb xəstəxanalıq etdi


Digərləri 04 Avq 2019 19:12:00 206 0

Qadın ərini döyüb xəstəxanalıq etdi

Abşeron rayonunda kişi həyat yoldaşı tərəfindən döyülüb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, hadisə Höküməli qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, 1990-ci il təvəllüdlü Kiçikbəyov Rüfət Hacibala oğlu ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən döyülüb.

K. Rüfət ailə üzvləri tərəfindən xəstəxanaya gətirlib. Həkimlər xəstəni aidiyyati üzrə müayinəyə götürüb və xəsarət alan şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır