Dörd səmavi kitabdan əlavə bəzi peyğəmbərlərə nazil olan səhifələrin sayı neçədir?


Digərləri 04 Avq 2019 19:15:00 342 0

Dörd səmavi kitabdan əlavə bəzi peyğəmbərlərə nazil olan səhifələrin sayı neçədir?

Allah-təala öz peyğəmbərlərinə 104 toplu şəklində vəhy göndərib. Bunların 4-ü (Tövrat, Zəbur, İncil və Quran) bütöv kitab halındadır. Qalan 100 vəhy isə "sühuf", yəni səhifələr adlanır. Bunlar vahid kitab halında toplanmamış ayrı-ayrı vəhylərdən ibarət idi. Hədislərdə deyilir ki, Həzrət Adəmə (ə) 10, Onun oğlu Şiysə (ə) 50, Həzrət İdrisə (ə) 30 və Həzrət İbrahimə (ə) 10 səhifə nazil olmuşdu. Səhifələrdə əqidə, əxlaq və şəriət məsələləri öz əksini tapmışdı. Sühufun mətnləri günümüzə kimi bütöv halda gəlib-çıxmayıb. Bəzi müsəlman mənbələrində bunların fraqmentlərinə rast gəlirik. Məsələn, "Biharül-ənvar" kitabında (Kitabüd-duanın sonunda) Həzrət İdrisə (ə) məxsus olan 29 səhifənin tərcüməsi verilib. Başqa peyğəmbərlərə də səhifələr verildiyi haqqında məlumatlar var (məsələn, Həzrət Nuha (ə)).