Azərbaycanlı aktyor ağır xəstədir: Maddi imkanım yoxdu,


Digərləri 04 Avq 2019 19:17:00 198 0

Azərbaycanlı aktyor ağır xəstədir: Maddi imkanım yoxdu,

Aktyor Allahverdi Yolçuyevin səhhəti pisləşib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyor ağır Parkinson xəstəliyindən əziyyət çəkir.

A.Yolçuyev bildirib ki, son günlər vəziyyəti lap pisləşib.

O, müalicə üçün maddi imkanının olmadığını vurğulayıb və kömək istəyib.

O, son günlər vəziyyətinin daha da pisləşdiyini söyləyib: "Əllərim, barmaqlarım dayanmadan əsir, həkimlərin diaqnozuna görə, "Parkinson" xəstəliyidir. İki ildir ki, xəstəliyimlə bağlı döymədiyim xəstəxana qapısı qalmayıb. Həkimlərin yazdığı dərmanlar da işə yaramır, səhhətim günbəgün daha da pisləşir. Heç bilmirəm bu xəstəliyin çarəsi Bakıda var, yoxsa yox?"