Sədərək Ticarət Mərkəzindəki yanğında 7 FHN əməkdaşı tüstüdən zəhərləndi


Digərləri 04 Avq 2019 18:52:00 149 0

Sədərək Ticarət Mərkəzindəki yanğında 7 FHN əməkdaşı tüstüdən zəhərləndi

Sədərək Ticarət Mərkəzində baş verən yanğın nəticəsində 7 nəfər tüstüdən zəhərlənib

Bakı. İlhamə İsabalayeva - Sədərək Ticarət Mərkəzində baş verən yanğın nəticəsində 7 nəfər tüstüdən zəhərlənib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğınla əlaqədar hadisə yerinə 15 təcili yardım briqadası cəlb olunub. Hadisə zamanı 7 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşı tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.