Gənc qalmaq istəyən xanımların nəzərinə:


Digərləri 04 Avq 2019 17:40:00 299 0

Gənc qalmaq istəyən xanımların nəzərinə:

Böyük Britaniyada dietoloqlar xanımların gənc qalması, menapauza dövrünü rahat keçirmək və özlərini ürək-damar xəstəliklərindən qoruması üçün bir sıra məsləhətlər veriblər.

Son.az faktxeber.com-a istinadən həmin tövsiyələri təqdim edir.

Dietoloq  Ameliya Frir yağsızlaşdırılmış məhsulların istifadəsini minimuma çatdırmağı tövsiyə edir, çünki  onların tərkibində lazımsız stabilizatorlar, emulqatorlar və dadvericilər var.

Bundan başqa Frir şirin meyvələri çox yeməməyi tövsiyə edir, çünki qanda şəkəri qaldırır. Üzümdən məsələn, tamam imtina etmək olar. Gün ərzində bir neçə turş alma isə faydalıdır.

Onlardan da axşam saat 6-ya kimi istifadə tövsiyə olunur.

Qidalanma üzrə ekspert Ceklin Kolduell-Kollinz  qadınlara səhərlər meyvə-tərəvəz, gün ərzində isə lif və probiotiklərlə zəngin fermentləşdirilmiş məhsullar - məsələn, kələm tutması, kimçi və ya qatıq yeməyi məsləhət görür.