Türkiyə HHQ İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib


Dünya 04 Avq 2019 17:17:00 247 0

Türkiyə HHQ İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri İraqın şimalında yerləşən Qara rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, zərbələr nəticəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.