Gecə boyu bu narahatlıqlar xərçəngin xəbərçisidir


Digərləri 04 Avq 2019 17:20:00 241 0

Gecə boyu bu narahatlıqlar xərçəngin xəbərçisidir

Obstruktiv yuxu apnesi (OSA) olan insanlarda  digərlərinə nisbətən daha çox xərçəng diaqnozu qoyulub.

Son.az faktxeber.com-a istinadən bildirir ki, Avropa Ağciyər Vəqfinin mütəxəssisləri 19 mindən çox insanın iştirakı ilə apardıqları tədqiqatdan sonra belə bir nəticəyə gəliblər.

Bundan əlavə OSA-dan əziyyət çəkən qadınlarda bədxassəli şişin inkişafı riski eyni diaqnozlu kişilərə nisbətən daha çoxdur.

Alimlər araşdırmalar zamanı müəyyən ediblər ki, gecə boyu qanda  oksigenin  aşağı səviyyədə olması və OSA-da tez-tez rast gəlinən yuxu pozğunluğunun xərçəngin müxtəlif növlərinin biologiyasında vacib rol oynaya bilər. Onların sözlərinə görə, ağır OSA bədxassəli prosesin indikatoru ola bilər.

Apnoe (yaxud OSA) - yuxu zamanı tənəffüs pozğunluğudur, hansı ki, bəzən nəfəs alma 40 saniyə dayanır. İlk dəfə 1965-ci ildə adı qoyulan apnoe, yunan dilində 'nəfəs arzusu' deməkdir. İki cür yuxu apnesi müəyyən olunub: birincidə beyin tənəffüsü başladan nəfəs alma əzələlərinə doğru siqnalları göndərə bilmir, digərində isə hava tənəffüs yollarında tıxanır. Apne əsnasında nəfəs almaq üçün həddindən artıq səy göstərildiyi üçün damarlar və ürək müqavimətə qarşı işləyir. O əsnada qandakı oksigen sıxlığı azalır. Ürəkdə bir sıra ritim pozğunluqları baş verir. Yuxuda ani ölümlər, yüksək təzyiq, ürək xəstəlikləri, infakt və ifliclər baş verir. Adətən bundan əziyyət çəkənlərin özlərində belə bir problemin olduğundan xəbərsiz olurlar.