Türkiyə HHQ İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib


Digərləri 04 Avq 2019 16:45:00 169 0

Türkiyə HHQ İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri İraqın şimalında yerləşən Qara rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər

Bakı. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri İraqın şimalında yerləşən Qara rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, zərbələr nəticəsində 3 PKK terrorçusu zərərsizləşdirilib. Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.