Dietoloqlar ən faydalı səhər yeməyinin adını açıqladılar


Digərləri 04 Avq 2019 16:40:00 218 0

Dietoloqlar ən faydalı səhər yeməyinin adını açıqladılar

Rusiyada "Sağlam Qidalanma" Milli Araşdırma Mərkəzinin  nümayəndələri  orqanizmə maksimum faydalı olan səhər yeməklərinin siyahısını təqdim ediblər.

Son.az faktxeber.com-a istinadən bildirir ki, elm adamlarının fikrincə səhər yeməyi üçün ən faydalı qida yulaf əzməsidir. Onların sözlərinə görə bu məhsulun sıyığı beta qlükenlə zəngindir. Bu isə immun sisteminin işini gücləndirir, dəriyə parlaqlıq verir və gəncləşdirici effekt yaradır.

Elm adamları yulaf əzməsindən maksimum fayda əldə etmək üçün onu suda şəkərsiz halda bişirməyi tövsiyə edirlər. Həmçinin minimum mexaniki işlənməyə məruz qalmış məhsul alınmalıdır.

Bundan başqa qarabaşaq və düyü də vitamin mənbəyi hesab edilir.

Meyvələr ən faydalı səhər yeməyi siyahısında ikinci yerdədir. Bu məhsullar orqanizmi  lif, maqnezium, kalium və vitaminlərlə təmin edir. Giləmeyvələr  maddələr mübadiləsini normallaşdırır, bu isə artıq çəkidən qurtulmağa imkan verir. Lakin mütəxəssislər yemiş və bananı  səhər yeməyindən çıxarmağı tövsiyə edirlər. Bunun yerinə alma və armud istifadə etmək məsləhət görülür.