Pul tapan cavan hansı yolu seçdi?


Digərləri 04 Avq 2019 16:15:00 273 0

Pul tapan cavan hansı yolu seçdi?

Bir gün bir cavan İmam Sadiqin (ə) yanına gəlir və deyir: "Ağacan, sərmayəm yoxdur".

İmam (ə) ona buyurur: "Doğruçu ol! Allah ruzini çatdıracaqdır".

Cavan bu sözlərdən sonra İmamın (ə) yanından çıxır və gedir. Yolda bir kisə pul tapır. Onun içində 700 dinar pul var idi.

Öz-özünə deyir: "Gərək İmamın (ə) buyuruşuna əməl edəm. Ona görə də insanlara elan edəcəyəm ki, bu kisənin sahibini tapsınlar".

Yüksək səslə deyir: "Hər kim pul kisəsi itiribsə, gəlib nişanəsini desin və aparsın".

Bir nəfər gəlir və kisənin nişanəsini deyir. Cavan da kisəni ona qaytarır.