5 addımda arıqlama: Dietoloqlar inqilabi pəhrizdən danışdılar


Digərləri 04 Avq 2019 16:20:00 206 0

5 addımda arıqlama: Dietoloqlar inqilabi pəhrizdən danışdılar

Adətən artıq çəki ilə bağlı problemlər qarın nahiyyəsində başlayır. Səbəbi qara ciyəri, mədəaltı vəzini və böyrəkləri əhatə edən visseral yağlardır. Bu maddənin  təbii miqdarı  orqanizmin funksiyası üçün vacibdir, lakin artıq miqdarı ürək xəstəliklərinə və şəkər xəstəliyinə gətirə bilər.

Son.az faktxeber.com-a istinadən bildirir ki, dietoloqlar  visseral piyin konsentrasiyasını normallaşdıran  məhsulların adını açıqlayıb.

Toyuq əti orqanizmi enerji ilə təmin edən zülal mənbəyidir. Eyni zamanda tərkibində zərərli yağların  olmaması arıqlamağa şərait yaradır. Araşdırmalar zamanı məlum olub ki, yüksək miqdarda züllaların  istifadəsi ilə olan pəhriz gündə 80-100 kalorinin yandırılmasına səbəb olur.

Eyni effekti züllalla zəngin toyuq yumurtaları da verir. Pəhrizin mahiyyəti böyük enerji tələb edən zülalın yandırılmasındadır. Bunun nəticəsində aktiv şəkildə kalori itirilir.

Paxlalıları da unutmaq lazım deyil. Həmçinin qoz, yağın effektiv yandırılmasına kömək edir. Bundan başqa badam lif, zülal və yağlarla zəngindir. Bu isə kiçik porsiyalarla doymağa imkan verir. Yeri gəlmişkən qeyd edək ki, badamda olan aktiv maddələr orqanizmin  insulinə qarşı həssaslığını artırır, bu isə diabet riskini azaldır.

Yaşıl çay da qarındakı piydən xilas olmağa imkan verir. Bu içki maddələr mübadiləsini fəallaşdıran antioksidantlarla zəngindir. Araşdırmaçılara görə, gün ərzində 4-6 fincan yaşıl çay visseral yağın səviyyəsini normallaşdıra bilər.