Bu qidalar ağciyər xərçəngindən qoruyur


Digərləri 04 Avq 2019 15:55:00 390 0

Bu qidalar ağciyər xərçəngindən qoruyur

Xərçəng, xüsusilə ağciyər xərçəngi dünyada ən çox ölümə səbəb olan xəstəliklərdən biridir. Öskürmək, sürətlə çəki itirmək, nəfəs darlığı və sinə ağrısı ağciyər xərçənginin əsas göstəriciləridir. Tibbi araşdırma nəticəsində bu xəstəliyin əsas yaranma səbəbi kimi siqaret istifadəsi göstərilmişdir. Siqaret çəkənlər, çəkməyənlərə nisbətən daha çox bu xəstəliyə yoluxur. Ağciyər xərçənginin yaranmasının və yayılmasının qarşısını təbii meyvə-tərəvəz istehlak etməklə almaq mümkündür.

Son.az yeniavaz.az-a istinadən ağciyər xərçənginin qarşısını alan qidaları təqdim edir:

Sarı, narıncı, tünd qırmızı, yaşıl göyərtilər, meyvələrin tərkibində olan karotinlər və C vitamini ağciyər xərçənginin hüceyrələri ilə mübarizə aparır. Yer kökü, soya lobyası, kahı, qayısı, banan, kivi, limon, qreyfut, ispanaq, balqabaq, bibər, portağal, nektarin, armud kimi qidalar bunlara aiddir. Gün ərzində iki ədəd alma yemək də xərçəng riskini azaldır. Xərçəngdən qoruyan ən vacib qidalardan biri də sarımsaqdır. Sarımsaq həm xəstəliyə yoluxmağın qarşısını alır, həm də xəstəliklə mübarizə zamanı istifadə edilir. Xüsusən mədə, süd vəzi, bağırsaq, ağ ciyər kimi növlərinə müsbət təsir göstərir.

Araşdırma nəticəsində məlum olmuşdur ki, qırmızı ət və yağla zəngin ət məhsullarının normadan artıq istehlakı xərçəng riskni artırır. Buna görə də ağciyər xərçənginə yoluxan insanlar qızardılmış qidalardan uzaq durmalıdırlar.