“Nestle” Rusiyada mediaagentliyini seçdi


Digərləri 04 Avq 2019 15:45:00 212 0

“Nestle” Rusiyada mediaagentliyini seçdi

"L'Oreal" və "Nestle" kimi iri markaların media xidmətlərini Rusiya bazarında "Dentsu Aegis Network" (DAN) agentliyi yerinə yetirəcək.

Son.az facemark.az-a istinadən bildirir ki, bu haqda "AdIndex" nəşrinə bildirilib.

Reklam şəbəkəsinin, mətbuat xidmətindən deyiblər ki, DAN-ın Rusiya nümayəndəliyi şərhləri cavablandırmayacaq. Buna görə də, tenderin qalibi ilə bağlı sualla "AdIndex" nəşri "Nestle" və "L'Oreal" şirkətlərinə sorğu göndərib.

"AdIndex" nəşrinə mənbə bildirib ki, tenderdə cari podratçı "Publicis Media", həmçinin "ADV Group" və "GorupM" iştirak edib."AdIndex"in reytinqinə görə, "Dentsu Aegis Network Russia" üçüncü yerdə qərarlaşıb. 2018-ci ildə beş media kanalında reklamın alınmasına görə, şirkətin müştərilərinin ümumi büdcəsi 40,4 milyard rubl təşkil edib.

Qeyd etmək yerinə düşər ki, "Nestle" Rusiya bazarında ən iri reklamverən şirkət kimi "AdIndex"in reytinqində 4-cü yerdədir. Ötən il beş media kanalında (TV, internet, radio, çöl reklamı, ənənəvi mətbuat) reklamın alınmasına görə, 5,1 milyard rubl xərcləyib.