İran Fars körfəzində daha bir xarici tankeri saxlayıb


Dünya 04 Avq 2019 15:32:00 255 0

İran Fars körfəzində daha bir xarici tankeri saxlayıb

İran Fars körfəzində Ərəb ölkələrinə yanacaq daşıyan tankeri saxlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusundan bildiriblər.

Məlumata əsasən, saxlanılan tanker Ərəb ölkələrinə 700 min litr yanacaq daşıyırmış.

Bildirilir ki, tankerin 7 nəfərdən ibarət heyəti həbs edilib.