İranda qırıcı təyyarə qəzaya uğradı


Dünya 04 Avq 2019 15:34:00 229 0

İranda qırıcı təyyarə qəzaya uğradı

İranın cənubunda yerləşən Buşehr vilayətinin Təngestan rayonunun sahillərində qırıcı təyyarə qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Buşehr vilayətinin Təngestan rayonunun qubernatoru Əbdülhəsən Rəfiipur deyib.

Ə.Rəfiipurun sözlərinə görə, qəzaya səbəb təyyarədə texniki nasazlıq olub.

Qubernator əlavə edib ki, pilot və köməkçisi xilas olublar.