İlon Maskın şirkəti 408 milyon dollar zərər edib


Digərləri 04 Avq 2019 15:10:00 236 0

İlon Maskın şirkəti 408 milyon dollar zərər edib

Amerikanın "Tesla" kompaniyası 2019-cu ilin ikinci rübündə 408 milyon dollarlıq zərər edib. Eyni zamanda sənədin məlumatlarına görə, şirkətin zərərləri tədricən azalır.

Son.az facemark.az-a istinadən bildirir ki, bu haqda şirkətin korporativ saytında deyilir.

Məsələn, 2018-ci ilin birinci rübündə şirkətin zərəri 702 milyon dollar idisə, ikinci rübdə bu rəqəm 718 milyon dollar olub.

Şirkətin nümayəndəsi qeyd edib ki, 30 iyunda başa çatan hesabat dövrü ərzində alıcılar 95 000-dən çox Model S, Model X və Model 3-dən ibarət elektrik mühərrikli avtomobil alıblar. "Tesla", həmçinin 87 000 avtomobil istehsal edib ki, hər iki göstərici rekord hesab olunur.

Cari ilin ikinci rübündə şirkətin gəlirləri 5,2 milyard dollara çatıb.