Dodge Charger Daytona modelinin müasir versiyası satışa çıxarılıb FOTO


Digərləri 04 Avq 2019 15:01:00 317 0

Dodge Charger Daytona modelinin müasir versiyası satışa çıxarılıb  FOTO

ABŞ-ın Qrinsboro şəhərində fəaliyyət göstərən GAA Classic Cars şirkəti noyabr hərraclarında əfsanəvi Dodge Charger Daytona modelinin müasir replikasını satışa çıxaracaqdır. Replika Dodge Challenger R/T kupersinin bazasında inşa edilmiş və vintaj sportkarın üslubunda kuzov dəstinə sahib olmuşdur.

Son.az autograph.az-a istinadən bildirir ki, müasir Dodge Charger Daytona kupesi 376 at qüvvəsi və 556 Nm fırlanma anı hasil edən 5,7-litrlik V8 mühərriki ilə təchiz edilmiş 2013-cü ilin Challenger R/T modelidir.  Seriya avtomobilindən fərqli olaraq, Charger Daytona qalxan fənərləri olan yeni ön hissəyə və iri arxa antiqanada sahibdir.

Daytona modelinin təchizatına lyuk, yeddi dinamiki olan səs sistemi, 20 düymlük təkər diskləri, ötürmələr qutusunun sükanaltı dəstəkləri və 6,5-düymlük sensorlu ekranı olan multimedia sistemi daxildir. Avtomobilin salonu ağ və qırmızı dəri ilə üzlənib.

Orijinal Dodge Charger Daytona modeli 1969-cu ildə debüt edib. Charger modelinin xüsusi versiyası Dodge şirkətinin Ford markasının NASCAR yarışlarındakı qələbələrinə cavab olub. Avtomobilin mülki variantı 375 at qüvvəli 7,2-litrlik V8 Magnum mühərriki, və yaxud opsional 7,0-litrlik V8 mühərriki ilə təchiz edilib. Bu mühərrikin hasilatı 425 at qüvvəsi və 665 Nm olub. Belə avtomobil 100 km/saat həddinə 5,7 saniyəyə sürətlənirdi. Dodge Charger Daytona NASCAR seriyasının tarixində 200 mil/saat (322 km/saat) həddinə sürətlənmiş ilk avtomobil olub.


Xəbərə aid fotolar