İranda qırıcı təyyarə qəzaya uğradı


Digərləri 04 Avq 2019 15:01:00 232 0

İranda qırıcı təyyarə qəzaya uğradı

İranın cənubunda yerləşən Buşehr vilayətinin Təngestan rayonunun sahillərində qırıcı təyyarə qəzaya uğrayıb

Bakı. Elnur Bağışov - İranın cənubunda yerləşən Buşehr vilayətinin Təngestan rayonunun sahillərində qırıcı təyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, bunu İranın Buşehr vilayətinin Təngestan rayonunun qubernatoru Əbdülhəsən Rəfiipur deyib. Ə.Rəfiipurun sözlərinə görə, qəzaya səbəb təyyarədə texniki nasazlıq olub.