Zəmanə gəncləri necə tanış olub evlənir?


Digərləri 04 Avq 2019 14:20:00 279 0

Zəmanə gəncləri necə tanış olub evlənir?

Standford Universitetinin apardığı araşdırmaya görə, sosial şəbəkələr vasitəsilə tanış olub ailə quran cütlüklər hər il artır.

Son.az gencaile.az-a istinadən bildirir ki, Amerikanın Kalifoniya ştatında yerləşən Standford Universiteti cütlüklərin tanışlıq yollarına dair ətraflı araşdırma aparıb. Bu araşdırma sayəsində keçmişdən bu günə qədər insanların tanışlıq üsulları təsvir edilib.

1. 1995-ci ildə araşdırmaya qatılan 5 min cütlükdən yalnız 2 %-i internetdən tanış olub, bu faizlər 2017-ci ildə 39 %-ə yüksəlib.

2. 1995-ci ildə araşdırmaya qatılan cütlüklərin çoxu ailələri vasitəsi ilə tanış olaraq nikah bağlayıb, lakin bu rəqəm 2017-ci ildə 7 %-ə düşüb.

3. 1995-ci ildə ailələrin 33 faizi dostlarının sayəsində tanış olub, maraqlıdır ki, bu rəqəm də 2017-ci ildə 20 %-ə enib.