Medvedev Türkmənistana gedir


Dünya 04 Avq 2019 13:58:00 280 0

Medvedev Türkmənistana gedir

Rusiyanın Baş naziri Dmitri Medvedev ilk Xəzər İqtisadi Forumunda iştirak etmək üçün 11-12 avqust tarixlərində Türkmənistana səfər planlaşdırır.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

"Azattık" radiosu isə bəyan edib ki, səfər çərçivəsində onun Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədovla görüşü və ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Q.Berdiməhəmmədovun iyulun 5-dən sonra ictimai arenada, o cümlədən Avropa İttifaqı Xarici İşlər Nazirliyinin rəhbəri Federika Mogerininin iyulun 6-da Aşqabada səfəri zamanı görünməməsi, Türkmənistan Prezidentinin səhhəti ilə bağlı bəzi fərziyyələr doğurub. Hakimiyyət təmsilçiləri dəfələrlə Prezidentin avqustun 15-dək məzuniyyətdə olduğunu bildiriblər. Planlaşdırılan Xəzər forumu isə onun məzuniyyətinin rəsmən başa çatmasından əvvəl başlayacaq.