Mətbəx süngərlərində faydalı "superviruslar" tapılıb


Digərləri 04 Avq 2019 13:40:00 228 0

Mətbəx süngərlərində faydalı "superviruslar" tapılıb

Amerikanın molekulyar bioloqları adi mətbəx süngərlərində "super bakteriyaları" məhv edəcək bir neçə virus bakteriofaqlar aşkar edib.

Son.az faktxeber.com-a istinadən bildirir ki, bu barədə San Fransiskoda  ASM Microbe 2019 konfransının açılış mərasimində bəyan ediblər.

Qeyd edək ki, son zamanlar bir və bir neçə antibiotikə davamlı olan mikroblar - "super bakteriyalar" problemi getdikcə artmaqdadır. Onların arasında nadir infeksiya yayanlar, həmçinin qızıl stafilokokk (Staphilococcus aureus), yaxud pnevmokok (Streptococcus pneumoniae) kimi təhlükəli və geniş yayılan patoqenlər var.

Belə təhlükə yaranıb ki bütün antibiotiklər öz effektivliyini itirəcək və tibb "qaranlıq əsrlərə"  geri dönəcək. Bu səbəbdən molekulyar bioloqlar  həm yeni antibiotiklər hazırlayır, həm də onlara alternativ tapmağa çalışır.

Alimlər  tələbələrin qab yuduqları adi mətbəx süngərlərinin mikroflorasını araşdırarkən antibiotiklər üçün potensial əvəzləyici tapıblar. Onların ikisində alimlər əvvəllər rastlaşmadıqları virusları aşkar ediblər.

Onların rol və funksiyaları öyrənərkən bioloqlar hər bir tələbənin mikroflorasından bakteriya çıxararq virusların onları nə dərəcədə yoluxdura biləcəyini və hansı mikrobların hücumlara davam gətirə bilməyəcini araşdırıblar.