Sabahın hava proqnozu açıqlanıb


Digərləri 04 Avq 2019 13:44:00 245 0

Sabahın hava proqnozu açıqlanıb

Avqustun 5-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-30° isti, Bakıda gecə 22-24° isti, gündüz 27-29° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.