50 yaşdan sonra qarındakı piydən necə qurtulmalı?


Digərləri 04 Avq 2019 13:50:00 217 0

50 yaşdan sonra qarındakı piydən necə qurtulmalı?

Fiziki fəallğını azalması  yaş keçdikcə bir sıra ciddi xəstəliklər və erkən ölüm riskini artırır. Qocalma bədənin əzələ kütləsinin (LBM) mütəmadi şəkildə azalmasına gətirir. Bunun yanında orqanizmdə piy paylanması yer dəyişir, yağların çox hissəsi qarın bölgəsinə yığılır.

Son.az faktxeber.com-a istinadən bildirir ki, Amerikanın Geriatrik icması uzun araşdırmalardan sonra bu barədə xəbər verib.

Onların sözlərinə görə, "mərkəzi piylənmə" ümumi artıq çəkiyə nisbətdə daha çox ürək-damar xəstəlikləri riskini artırır. Buna görə də prosesə nəzarət etmək tövsiyə olunur.

Eksperiment çərçivəsində  arıqlamaq istəyən yaşlılara  10 həftə ərzində ekspertlər tərəfindən hazırlanan  proqramı sınaqdan keçirməyi tövsiyə ediblər. Könüllülər həftədə 3 dəfə məşqlərə gediblər.

İlk vaxtlar  intervalı məşqlər 18 dəqiqə çəkib. Mütəmadi olaraq  onların davamiyyəti 36 dəqiqəyə çıxardılır. Məşqlər istirahət vaxtları ilə növbəli olurdu. Belə ki, 40 saniyə fiziki ağırlığa, 20 saniyə isə dincəlməyə sərf edilirdi. Bundan sonra yeni idman seriyası, 40 saniyədən sonra istirahət  və s. belə davam edir.

Araşdırmanın sonunda instruksiyaya tam riayət edənlərin yağ kütləsinin 1/3-i əriyir, əzələ kütləsi isə əksinə artır.