Eşli Yanq "Mançester Yunayted"in kapitanı təyin edilib


Digərləri 04 Avq 2019 13:05:00 269 0

Eşli Yanq "Mançester Yunayted"in kapitanı təyin edilib

Müdafiəçi Eşli Yanq İngiltərənin "Mançester Yunayted" futbol klubunun yeni kapitanı təyin edilib

Bakı. Müdafiəçi Eşli Yanq İngiltərənin "Mançester Yunayted" futbol klubunun yeni kapitanı təyin edilib. Trend-in məlumatına görə, bunu "Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşer deyib. Klubun baş məşqçisi bildirib: "Yanq yeni kapitandır. O, əsas heyətdə meydana çıxdığı zaman kapitan sarğısı onda olacaq. Klubun vitse-kapitanı 28-yaşlı ispaniyalı qapıçı David De Xea olacaq".