İtalyan nazir: "Putin böyük prezidentdir, onunla…"


Dünya 04 Avq 2019 12:50:00 260 0

İtalyan nazir: "Putin böyük prezidentdir, onunla…"

İtaliya Baş nazirinin müavini və daxili işlər naziri, "Şimal Liqası" Partiyasının rəhbəri Matteo Salvini Moskva ilə münasibətləri yoluna qoyacağına söz verib.

Bu barədə "Ansa" nəşri yazıb.

"Mən Rusiya ilə yaxşı münasibətlərimizin olması üçün yenə çalışmağa davam edəcəyəm. Putin - böyük prezidentdir. Bu sözləri məhz bu cür düşündüyüm üçün deyirəm, bəzi qəzetlərin yazdığı kimi, bunun qarşılığında onlar mənə pul verməyiblər", - deyə nazir bildirib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Matteo Salvininin adı bir neçə ay əvvəl Kremllə qaranlıq əlaqələri olması iddiası ilə siyasi qalmaqal mərkəzinə düşüb. Belə ki, ABŞ-ın "BuzzFeed" saytı 2018-ci il oktyabrın 18-də onun köməkçisinin Moskvada Kremlə yaxın şəxslərlə keçirdiyi görüşün səs yazılarını yayıb.

Almaniyanın "Süddeutsche Zeitung" qəzeti söhbətin 65 miyon dollardan getdiyni xəbər verib. Qəzetin yazdığına görə, ruslar İtaliyanın "Eni" şirkətinə 1,5 milyard dollara 3 milyon ton neft verməli imişlər. Həmin puldan 65 milyonu isə bir növ "komissiya" kimi "Şimal liqası" Partiyasının kassasına girməli imiş.

Yayılan səs yazısının əsas qəhrəmanı, Matteo Salvininin keçmiş mətbuat katibi Canluka Savioni Milanda "Lombardiya-Rossiya" birliyinin də sədridir. Hətta Romada çıxan "la Reppublica" qəzeti Canluka Savionini istehza ilə "Matteo Salvininin Vladimir Putinin sarayındakı köməkçisi" adlandırıb. Burada baş nazir müavininin nümayəndəsi söhbət etdiyi şəxslərə "Yeni Avropa qurmaq istədiklərini və yeni Avropanın Rusiyaya yaxın olmasının zəruri olduğunu" bildirib.