İranda bir həftə ərzində 144 nəfər həlak olub


Dünya 04 Avq 2019 12:23:30 262 0

İranda bir həftə ərzində 144 nəfər həlak olub

İranda 27 iyul - 2 avqust aralığında baş verən müxətlif hadisələrdə ümumilikdə 144 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

M.Xalidinin sözlərinə görə, hadisələrdə 1 538 nəfər yaralanıb.

Xalidi əlavə edib ki, 1 həftə ərzində 454 hadisə qeydə alınıb: "Hadisələrin 209-u yol qəzaları, 245-i isə digər hadisələrdir".